Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 06 May 2019 09:01:00 234 0

Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ açıqlandı

17 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 may 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahana qeydiyyat aprelin 18-dən mayın 3-dək aparılıb və bu müddət ərzində 65 namizəd qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 64 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA4 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 10 nəfər, AC4 altqrupu üzrə 3 nəfər olmaqla, ümumilikdə 17 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün mayın 6-dan 20-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: