Həyatda daim uğur qazanmaq üçün BUNLARI EDİN 10 QIZIL QAYDA


Digərləri 06 May 2019 01:30:00 254 0

Həyatda daim uğur qazanmaq üçün BUNLARI EDİN  10 QIZIL QAYDA

Həyatda uğur qazanan insanlar hər zaman başqalarının diqqətində olur. Kimisi dünyanın ən zəngin adamı, kimisi hər gün gördüyü işlərlə minlərlə insanın həyatında müsbət rol oynamaqla. Çox zaman insanlar onlar kimi olmaq istəyir.

Bəs yaxşı həyatda uğur qazanmaq üçün nələr etmək lazımdır?

Türkiyəli professor Dərya Uludüz həyatda daim uğur qazanan insanların ortaq xüsusiyyətlərini açıqlayıb.

Onun sözlərinə görə, uğurlu insanların həyatları araşdırılan zaman xüsusən uşaqlıqda çətin günlər keçirdikləri məlum olur. Həmçinin İQ ilə yanaşı EQ - emosional zəkanın rolu böyükdür .

Tarixən düşən liderlərin İQ-ləri ilə yanaşı, EQ-ləri də yüksək olub. Həyatda uğur qazanmış insanların hamısının ortaq fikri budur ki, bunun üçün xüsusi strategiyaları var.

Son.az uğurlu insan olmağın qaydalarını təqdim edir.

Həyatdakı çətinliklər

Həyatda uğur qazanan insanların həyat hekayələrinə baxanda uşaqlıqlarının çox çətin keçdiyi və hər zaman mübarizə apardıqları məlum olur. Hamısı üçün ən vacib xarakter mübariz olmalarıdır. Qarşılarına hər hansı maneə çıxsa, problemə deyil, onu necə həll edəcəklərinə köklənirlər. Beləliklə, maneələrin yaratdığı mənfi nüanslara vaxt itirmirlər. İstədiklərini əldə etmək üçün davamlı yollar axtarırlar. Məsələn, dünyaca məşhur "Ali Express" alış-veriş saytının qurucusu dəfələrlə iş üçün müraciət etsə də, rədd edilib. Lakin o sonda öz şirkətini quraraq dünyanın ən zənginləri sırasına daxil olub. Yəni qarşınızda bir məqsəd olmalıdır. Məqsədsiz insan başqalarının standartlarına görə yaşamağa başlayır və əsla öz potensialını görə bilmir. Bu gün beyninizdə özünüz üçün qurduğunuz planlar sabah yaşadığınız həyat ola bilər.

Sağlam vərdişlərə yiyələnin

Çox hirslənən və az yatan insanların beyninin bəzi hissələri daha az işləyir. Gün ərzində beyin gimnastikası etmək, güclü bir yaddaş və həyatdan zövq alma səviyyəsini artırır. Gündəlik idman, yaxşı səhər yeməyi, spirtli içki və siqaretdən uzaq olmaq vacibdir. Əgər siz qeyri-sağlam həyat tərzi sürürsünüzsə, bunu dəyişdirmək heç də çətin olmayacaq. Şəkər və duzu həyatınızdan çıxartmaq üçün belə ən az 21 gün lazım olur. Yəni insanın fərqli dadlara öyrəşməsi üçün müəyyən vaxta ehtiyac var. Hər hansı bir işi 3-6 ay mütəmadi təkrar etsəniz o vərdiş halını alacaq.

Stress və duyğularınızı idarə edin

Uğur qazanmış insanlar çətin vəziyyətdə olanda stress keçirəndə onu idarə edə bilirlər. Stressi idarə etmək üçün müəyyən meditasiya üsulları da kömək edə bilər. Hər gün 5 dəqiqə heç nə etməmək və düşünməmək eyni effekti yarada bilər.

Öz qaydalarınız olsun

Kənar fikirlərə çox da fikir vermədən öz qərarlarınızı verin.Bütün günü işləməyinizə ehtiyac yoxdur, əsas məsələ proqramlı şəkildə işləməkdir. Vaxtınızı düzgün idarə etməyi bacarın. Uğurlu insanlar yaşadıqları stressi idarə edə bilirlər. Onlar aylar və ya həftələr öncəsindən plan qururlar.

Daim öyrənin