Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU


Digərləri 05 May 2019 23:55:00 270 0

Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU

Ən böyük karma qanunları hamımıza məlumdur. Onun mənəvi fəlsəfəsi qızıl qaydalar prinsipini əks etdirir: özünüzə rəva görmədiyinizi başqalarına rəva bilməyin. Nə əkərsən onu da biçərsən. Kainata göndərdiyiniz istər mənfi, istərsə də müsbət enerji mütləq sizə geri qayıdır.

Son.az bu yazıda oxuyucuları 30 karma qanunu ilə tanış edir. Onların təsiri hər yerdə hiss olunur.

1. Əsl sevinc səbir, fədakarlıq və ağır iş nəticəsində qazanılır.

2. Azadlıq məsuliyyətlə əl-ələdir.

3. Münasibətlərə qoyduğunuz enerji və məhəbbət mütləq sizə qayıdacaq. Sevdiyiniz adam qaytarmasa da, kainat bu sevgini qarşılıqsız qoymayacaq. Sevgi özü-özlüyündə bir mükafatdır.

4. Başqa insana ötürdüyünüz enerjini bütövlükdə bəşəriyyətə verirsiniz.

5. İşinizə verdiyiniz bütün səy və enerjini bütövlükdə bəşəriyyətə verirsiniz.

6. İşinizin dəyəri ona ayırdığınız enerji, diqqət və məsuliyyətlə ölçülür.

7. Səhvlərdən dərs çıxarmaya qədər eyni əzabları yaşamağa davam edəcəyik. Onda bu mərhələni pozmaq üçün lazımlı "alətlər" qazanacağıq.

8. Keçmiş və ya gələcək düşüncələrlə yaşayaraq biz indiki zamanı qaçırırıq.

9. Köhnə adət və düşüncə tərzindən yapışmaqla biz şəxsi inkişafı ləngidirik.

10. Biz o zaman dərs alırıq ki, sözlərimiz düşüncələrimiz və əməllərimizlə üst-üstə düşür.

11. Əgər diqqətimizin daha böyük hissəsini əxlaq və mənəviyyatımıza sərf etsək, şəxsiyyətimizin neqativ yönlərini ikinci plana keçirəcəyik.

12. Acgözlük və hüzur bir-biri ilə uzlaşmır.

13. Kiçik addımlar kainatda daha geniş miqyasda əks olunur. Odur ki, hər atdığınız addımı dərk edin, hətta o sizə əhəmiyyətsiz görünsə belə.

14. Dəyərli və əhəmiyyətli nəyəsə nail olmaq üçün ilk növbədə ən kiçik və ən zərif elementlərindən birini yerinə yetirməlisiniz.

15. Hərəkətə keçməyənə qədər heç nə baş verməyəcək. Addımınız nə qədər kiçik olsa da, o həmişə böyük əhəmiyyət kəsb edəcək.

16. Ötürdüyünüz sevgi, enerji, zəhmətsevərlik və ilham qaynağınız bütün bəşəriyyətin xeyrinədir. Kainat bunun üçün sizi mükafatlandıracaq.