Sevgililər ilk görüşün uğurlu olması üçün bu şərtlərə əməl etməlidir


Digərləri 05 May 2019 23:34:00 225 0

Sevgililər ilk görüşün uğurlu olması üçün bu şərtlərə əməl etməlidir

İlk görüşlər qəribə və ürəksıxıcı ola bilir. Hətta tərəflər arasındakı maraqsız ünsiyyət, səssizlik də mənəvi narahatlıq yaradır. Nə isə deyim deyə sinirlərinizi sıxmağınız isə həm də baş və ürək ağrısı gətirır.

Mütəxəssis Erik Barker belə hallar yaşanmasın deyə ilk görüşlər üçün xüsusi mövzular hazırlayıb. Son.az həmin mövzuların siyahısını təqdim edir.

1. Filmlər haqda deyil, səyahət etmək haqda danışın.

Mütəxəssislər bildirir ki, ilk görüşdə filmlərdən bəhs edən 100 cütlükdən sacə 9-u ikinci görüşə razılıq verir. Səyahət mövzusu iə bu siyahını ikiqat artırır.

2. Dialoqu qarşılıqlı hərəkətdə saxlayın

İlk görüş bir-birinizi daha yaxından tanımağınız üçündür. Odur ki, nə çox dinləyən, nə də həddən artıq danışan tərəf olun. Nitq mədəniyyətinizin bütün zənginliyini nümayiş etməyə çalışın.

3. Özünüz barədə ən təsirli və şəxsi məlumatları verin.

Çünki sirrinizi bölüşəndə qarşınızdakı insanla aranızda xüsusi istilik və güvən yaranır.