"İnsanın hərtərəfli yetişməsi öz dilinə mükəmməl sahiblənməyindən keçir" Mənim balam


Digərləri 05 May 2019 23:39:00 216 0

"İnsanın hərtərəfli yetişməsi öz dilinə mükəmməl sahiblənməyindən keçir"  Mənim balam

Bəşarət Məmmədov: Uşaqları düşdükləri mühitdən təcrid etsək, gələcəkdə kamil övlad yetişdirə bilmərik 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər insan övlad sahibi ola bilər, ancaq hər övlad sahibi valideyn adını qazana bilməz. Çünki övlad yetişdirmək insandan səbir, dözüm, məsuliyyət tələb edir. Övladı bir ağac kimi təsəvvür edin, siz onu necə bəsləyərsinizsə, ona necə baxarsınızsa, o da bu cür öz bəhrəsini verəcək. Bu gün müsahibimlə "Mənim balam" rubrikasında görüşdük. Müsahibimdən öyrəndim ki, yaxşı valideyn olmaq üçün hər şeydən əvvəl uşağını sevmək lazımdır. Amma uşaqlara sevgini göstərməklə iş bitmir. Onlarla davranmaq üçün həm də müdriklik, ağıl və bacarıq tələb olunur.

Beləliklə, müsahibim media əhlinin daha yaxından tanıdığı, hörmət etdiyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovdur. O, 3 övlad atasıdır. Böyük övladı Cabirin 15, ortancıl övladı Ayanın 12, üçüncü övladı Fidanın isə 6 yaşı var.    - Bəşarət müəllim, övladlarınızı yetişdirərkən dədə-baba üsuluna üstünlük verirsiniz, ya sizin xüsusi tərbiyə metodlarınız var?

- Hər kəs düşünür ki, onun yanaşması, dünyagörüşü daha doğrudur və müdrik yanaşmadır. Uşaqlarımızın tərbiyə məsələsində hər birimizin görüb-götürdüyümüz, kökümüzə dayandığımız bir bağ var. İstər-istəməz, bu hər kəsdə özünü büruzə verir. Burada dünyagörüşü, həyata baxış tərzi, oxuduğun elm sahəsinin də müəyyən təsirləri var. Mən də öz övladlarımın tərbiyəsində - ta körpəlikdən - ilk növbədə onların sağlamlığını düşünmüşəm. Tərbiyə metodikasında özümün şəxsi olaraq doğru hesab etdiklərim yox, müəyyən müzakirələrin yekununda özümün qəbul edib düşündüyüm prinsiplərə əsaslanmağa çalışmışam. İnsan nəzəri olaraq çox şeyi bilsə də, onun tətbiqi məsələsi hər adamda doğru alınmaya bilər. Bu baxımdan, çalışmışam ki, hər zaman doğru metodu seçim. Mən övladlarıma açıqfikirli və müstəqil düşüncəyə sahib olmağı, istər valideynə, istərsə də yaşıdlarına, çevrəsindəki insanlara səmimi hörmət etməyi aşılamağa çalışmışam. Həmişə problemlərə baxanda düşünmüşəm ki, biz tarixən reallıqları ya çox gec qəbul etmişik, ya da reallıqlarla barışmaq istəməmişik. Bir çox problemlərimizin kökündə də bu durur.

Övladlarımın yaşları artdıqca, onlarla daha çox müzakirəyə üstünlük verirəm. Hesab edirəm ki, bu, daha faydalı yanaşmadır. 

- Övladlarınıza açıq fikirlilik, müstəqil düşüncə aşılamağa çalışdığınızı dediniz. Bunu necə edirsiniz? Tətbiq metodunuz maraqlıdır.

- Müzakirələr vasitəsilə. Misal üçün, onlara deyirəm ki, hər hansı bir mövzu ilə bağlı mənlə açıq danışın. Düşünməyin ki, bu, atamızın xoşuna gəlməyə bilər. Onlara deyirəm ki, əgər atanız məsələyə bu cür yanaşırsa, siz atanızın yanaşma tərzi ilə deyil, düşüncə tərzi ilə razılaşmırsınızsa, bu, məcburi deyil. Ola bilsin, sabah sən mənim yaşıma çatanda mənim kimi deyil, bir az fərqli yanaşacaqsan. Onların davranışında, düşüncələrində bunun müsbət cizgilərini hiss edirəm.   - Misal üçün, bunu hansı prosesdə hiss edə bilirsiniz?

- Məktəbdə müəllimlərin ən çox təqdir etdikləri xüsusiyyətlərdən biri kimi məsuliyyətli, açıq fikirli olmalarından yola çıxaraq bunu deyə bilərəm. İstənilən məsələdə özlərinə məxsus fikirlərinin mövcudluğu var. Təbii ki, bir valideyn kimi, bu mənə xoş təsir bağışlayır.   - Adətən valideynlər həyata keçirə bilmədikləri arzularını övladlarının üzərində realizə etməyə çalışırlar. Bəs siz necə?

- Qeyd etdiyiniz məsələ cəmiyyətimizin ən problemli mövzusudur. Belə olduqda, elə bir vəziyyət yaranır ki, uşaqlar diktə altında yaşayır. Prosesi kökündən yanlış hesab edirəm. Bunun çoxsaylı nümunələri ilə rastlaşmışıq. Valideyn təsiri ilə peşə seçən insanlar ya peşələrində uğur qazana bilmirlər, yaxud da işlərini sevərək görmürlər. Bu gün bir sıra tanınmış adamlar da göstərə bilərik ki, onlar öz peşələrini dəyişdikdən sonra daha çox uğur qazanaraq tanınıb, faydalı nəticələrə nail olublar.

Digər tərəfdən, nənə-baba ilə yaşayan uşaqlarda hədsiz qayğı ilə əhatə olunma var. Basqı altında qalan uşaq nənə-babanın, valideynin arzularını gerçəkləşdirmək üçün bir vasitəyə çevrilir.

- Övladlarınızla zaman keçirə bilirsinizmi? Bu onların formalaşmasında nə kimi rol oynayır?


Xəbərə aid fotolar