"Arsenal" öz meydanında "Brayton"la heç-heçə edib


Digərləri 05 May 2019 23:29:31 201 0

"Arsenal" öz meydanında "Brayton"la heç-heçə edib

"Arsenal" futbol klubu İngiltərə Çempionatının 37-ci turu çərçivəsində "Brayton"la görüşüb.

Bakı. "Arsenal" futbol klubu İngiltərə Çempionatının 37-ci turu çərçivəsində "Brayton"la görüşüb. Trend-in məlumatına görə, Londonda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 9-cu dəqiqədə penaltidən "Arsenal"ın hücumçusu Obamenayq açıb, 61-ci dəqiqədə isə həmçinin penalti zərbəsindən Qlenn Mürrey fərqlənib və oyunda hesabı bərabərləşdirib.