"Məni əsgərlikdə "ağsaqqal” deyə çağırırdılar" Onun əsgərlik xatirələri


Digərləri 05 May 2019 23:10:00 292 0

"Məni əsgərlikdə "ağsaqqal” deyə çağırırdılar"  Onun əsgərlik xatirələri

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər bir kişinin həyatında əsgərlik illəri xüsusi yer tutur. O qədər xüsusidir ki, ömür boyu əsgərliklə bağlı əhvalatlarını danışsalar da, bitib tükənmir. O əhvalatlar, acılı-şirinli xatirələr bir ömrə sığmır. "Gənclik əlavəsi"nin  "Əsgərlik xatirələri" rubrikası da məhz o maraqlı anları yada salmaq üçün nəzərdə tutulub. Rubrikamızın qonağı "Türküstan" qəzetinin baş redaktoru Aqil Camaldır. O, ailənin tək oğlu olduğu üçün əsgərliyə 26 yaşında yollanıb: "Hərbi xidmətdə 2002-2003-cü illərdə olmuşam. Ondan əvvəl ailənin tək oğul övladı hərbi xidmətə çağırılmadığı, həmçinin bakalavr və magistratura təhsili aldığım üçün əsgərliyə 26 yaşımda getmişəm. Mediadan, qaynar ictimai-siyasi mühitin içərisindən çıxıb əyalətə getmək, böyük əksəriyyəti orta məktəb partasından yeni qalxıb gəlmiş 18 yaşlı əsgərlərlə bir yerdə olmaq...  Yaş, təhsilə və s. görə digər əsgərlər qədər əziyyətim olmamasına baxmayaraq, mənim üçün çox sıxıcı idi. Məni  əsgərlikdə "ağsaqqal" deyə çağırırdılar. Bununla belə, mənim üçün ikiqat çətin idi. Heç cür onların ortamına uyğunlaşa bilmirdim. Bu baxımdan, ilk əvvəldən gün sayırdım". Qeyd etdiyim kimi, əsgərlik həyatı mənim üçün maraqlı keçmədiyi kimi, xatirələri də xüsusi yadda saxlamamışam. Amma heç yaddan çıxmayan bir xatirəni bölüşə bilərəm: "Bir gecə sırf təsadüfdən, əsgər yoldaşımı əvəz edərək nəzarət buraxılış məntəqəsində xidmətdə idim. Saat 12 olardı. Dəmir qapı döyüldü. Qaydaya uyğun olaraq gələnin kim olduğunu, nə lazım olduğunu soruşdum. Qaranlıq olduğu üçün adamın üzünü  görə bilmirdim. Birdən tanış səs "Aqil Camalov lazımdır" dedi (O zaman hələ soyadımda "ov" qalırdı). Qapını açdım, yaxın qonşumuz, ailəvi dostumuz Qurban idi. O yük avtomobilinin sürücüsü idi. Hansısa rayondan qayıdırmış. Bizim hərbi hissənin yanından keçəndə mənimlə görüşmək istəyib. Söhbətləşdik, mənə bir az da pul verib getdi.  Mən heç vaxt nəzarət buraxılış məntəqəsində növbədə dayanmırdım. Həmin gecə o saatda məhz mənim növbədə olmağım təsadüf olsa da, şirin bir xatirəyə döndü..."