Moskva hava limanında təyyarə alışıb: ölən və yaralanan var


Digərləri 05 May 2019 21:46:50 193 0

Moskva hava limanında təyyarə alışıb: ölən və yaralanan var

Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib.

Bakı. Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Məlumatı Rusiyanın İstintaq Komitəsinin mətbuat xidmətindən təsdiqləyiblər. Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. Şeremetyevo hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.