Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar SİYAHI


Digərləri 05 May 2019 21:15:00 261 0

Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar  SİYAHI

Təbiətdə olan elə qida məhsulları var ki, onlar şəkərin əvəzləyicisi kimi şirniyyata olan ehtiyacımızı ödəyir. Sirrini bilmədiyimiz həmin məhsullar sağlamlığımız baxımından da möcüzəvi əhəmiyyətə malikdir.

Son.az yenicag.az-a istinadən həmin qida məhsullarını təqdim edir:

1. BAL - Yeməklərimizdə ən çox istifadə olunan bu məhsul təbii şəkərlərlə zəngindir. Bal həm də tərkibində vitamin və mineralların çoxluğu baxımından olduqca əhəmiyyətlidir.

2. BANAN - Tam yetişmiş bananlar daha çox şəkər ehtiva edir. Tam yetişməmiş bananları isə sobada qəhvəyi rəng alana qədər isitdikdən sonra şirniyyatlarınıza əlavə edə bilərsiniz.

3. DUZ - Əslində, şəkər əvəzinə duz istifadə etmək bir qədər təəccüblü görünür. Lakin duzun tərkibindəki maddələr qidanın içində olan təbii şəkəri ortaya çıxarmaq özəlliyinə malikdir.

4. ŞİRİN ƏDVİYYATLAR - Darçın, hil, razyana kimi ədviyyatları şəkər əvəzinə istifadə edə bilərsiniz.

5. VANİL - Təbii şəkərlərlə zəngin olan vanili toz halında və ya toxumları ilə birlikdə şirniyyatlara əlavə edə bilərsiniz. Dad verməklə yanaşı, yaydığı xoş ətir sizə zövq verəcək.