Moskvada təyyarə tamamilə yandı


Dünya 05 May 2019 20:35:00 228 0

Moskvada təyyarə tamamilə yandı

Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Son.az axar.az-a istinadən bildirir ki, enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.

Olay zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.

Hadisənin səbəbləri araşdırılır.