“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub


Digərləri 05 May 2019 19:58:09 233 0

“Qarabağ” 7-ci dəfə Azərbaycan çempionu olub

"Qarabağ" klubu Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının 2018/2019 mövsümünün çempionu olub

Bakı. "Qarabağ" klubu Azərbaycanın futbol üzrə Topaz Premyer Liqasının 2018/2019 mövsümünün çempionu olub. Trend-in məlumatına görə, Premyer Liqasının 27-ci turu çərçivəsində Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail" klubunu qəbul edib. Oyun "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.