“BBC” əfsanəyə dönmüş eybəcərdən yazır Şahzadənin ziyarət etdiyi “filadam” FOTO


Digərləri 05 May 2019 18:47:00 231 0

“BBC” əfsanəyə dönmüş eybəcərdən yazır  Şahzadənin ziyarət etdiyi “filadam”  FOTO

Xalq arasında ona "Fil adam" (Elephant Man) deyirdilər. 1862-ci ildə doğulmuş Joseph Merrick son dərəcə eybəcər olub. Həm də ondan kəskin iy gəlirmiş.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu adam haqqında onlarla kitab yazılıb, film çəkilib. Qərb insanı üçün "fil-adam" son dərəcə doğmadir.

O, 129 il öncə dünyasın dəyişib. Elə o vaxtdan da onun skeletini London Royal Xəstəxanasında saxlayıblar. Tibb üzrə təhsil alan tələbələr o skelet üzərində tibb elminin incəliklərinə yiyələnib. Ancaq indi Jo Vogor-Mungovin iddia edir ki, o, Joseph Merrickin Londondakı qəbrini tapıb və həmin məzarda mərhumun skeletindən kənarlaşdırılmış hissələr 1890-cı ildə basdırılıb. Xanım-araşdırıcı Vigor-Mungovin deyir ki, 99 faiz əminəm ki, yanılmıram.

Bu məsələyə Britaniyada ciddi maraq var. Yerli məmurlar "fil-adam"ın dəfn olunduğu yerdə abidə ucaldılması haqqında düşünürlər. Çoxları əmindir ki, "fil-adam" haqqında oxumuş turistlər həmin abidənin ziyarətinə tələsəcək.

Tarixə məlumdur ki, 1884-cü ildə bir nəfər şoumen ondan qul kimi istifadə edib. Eybəcər varlığı insanlara göstərməklə pul qazanırmış.