Ələkbərovun yaxtası Barselona limanına yan alıb FOTO


Dünya 05 May 2019 15:04:00 227 0

Ələkbərovun yaxtası Barselona limanına yan alıb  FOTO

Forbes" jurnalının rus versiyası "Vesselfinder" portalının məlumatları əsasında  rusiyalı milyarder-oliqarxların yaxtalarının hərəkətini izləyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, gəmi-naviqasiya məlumatları əsasında məlum olub ki, milyarder Roman Abramoviçin "Eclipse" yaxtası aprelin 30-da Fransanın Lacivərdi sahillərinə yan alıb.

Həmin yerdə, Nittsada digər rusiyalı oliqarx, "Magnit" şəbəkəsinin sahibi Sergey Qalitskinin "Quantum Blue" yaxtası da lövbər salıb.

Milyarder Oleq Deripaskanın "Queen K" adlı yaxtası isə Albaniya sahillərində, Saranda adlı yerdə görünüb. Azərbaycanlı milyarder, "Lukoil" şirkətinin sahibi Vahid Ələkbərovun "Galactica Super Nova" adlı yaxtası isə həmin tarixdə İspaniyanın Barselona limanına yan alıb.