“Tarixin ən gözəl intiharı”nın gerçək hekayəsi: “Mən öldükdən sonra cəsədimi yandırın” FOTO


Digərləri 05 May 2019 14:58:00 249 0

“Tarixin ən gözəl intiharı”nın gerçək hekayəsi: “Mən öldükdən sonra cəsədimi yandırın”  FOTO

1947-ci ildə 23 yaşlı Evelyn McHale adlı qız Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli məşhur göydələnin 86-cü mərtəbəsindən özünü ataraq intihar etmişdi.

Son.az musavat.com-a istinadən xəbər verir ki, o, intihar etdiyi zaman binanın qarşısında dayanan və BMT-yə aid bir limuzinin üzərinə düşərək ölmüşdü. Lakin o, parçalanmamışdı, sanki avtomobilin üzərində yatırmış  kimi uzanmışdı. Məhz buna görə də bu intihar tarixdə "Ən gözəl intihar" olaraq xatırlanır. Həmin hadisəni təsadüfən oradan keçən Robert Viles adlı fotoqraf lentə almışdı.

İndi isə sizə tarixə keçən bu fotonun hekayəsindən və 23 qızın nəyə görə intihar etməsindən bəhs edəcəyik.

Evelyn adlı 23 yaşlı qızın nişanlısı Pensilvaniyada təhsil alırdı. Onun intiharından 3-4 gün əvvəl nişanlısını ziyarət etməyə gələn Lafayette ona bahalı bir boyunbağı almışdı. Evelyn mühasib vəzifəsində işləyirdi. Nişanlı bu durumdan narahat idi və onu çox qısqanırdı. Bu qısqanclıqlara görə onlar tez-tez mübahisə edirdilər. Evelyn nişanlısını yola salmadan öncəki gecə onu qaldığı yataqxanaya apardı, özü isə şəhərin mərkəzində qızlar üçün ayrılan otelə getdi. O, öz otağına gəlib, qeyd dəftərini açaraq, ora "Mənsiz çox daha yaxşı bir həyata sahib olacaq", "Mən heç kəs üçün yaxşı bir həyat yoldaşı ola bilməyəcəm" kimi cümlələr yazıb. Daha sonra bu cümlələri yazdığı vərəqi cıraraq otağın bir küncünə atıb. Səhəri gün nişanlısı ilə keçirəcəyi son gün olacaqdı. O, nişanlısını hirsləndirməyəcəyi, günün sakit keçməsi üçün çalışacağı ilə bağlı özünə söz verir.

Səhər yeməyi ilə başlayan görüş şəhər gəzintisində bir gərginliklə sonlanır. Nişanlısı Evelynin işləməməsi haqqında yenidən danışmağa başlayır. Onlar yenidən mübahisə edirlər. Evelyn hər nə qədər üzülsə də nişanlısını yola saldığı və onun qəlbini qırmamaq üçün dediyi hər şey ilə razılaşır.

O, nişanlısını yola saldıqdan sonra şəhərə qayıdır. Nişanlısının gedişindən 2 həftə sonra - 1947-ci il 1 may günü Evelyn səhər tezdən Manhetten küçələrində boş-boş gəzməyə başlayır. Nişanlısının təkidi ilə işdən istefa verdiyi üçün çox üzgün idi.


Xəbərə aid foto