"Toyu saxladıq" Mətanət oğlu haqda


Şou-biznes 05 May 2019 13:23:00 188 0

"Toyu saxladıq"  Mətanət oğlu haqda

Aparıcı Mətanət Əliverdiyeva "Zaurla Günaydın" verilişinə qonaq olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, oğlu Oqtaya toy edəcəyini deyən aparıcı Zaur Baxşəliyevin bunla bağlı suallarını cavablandırıb. Əliverdiyeva bildirib ki, toyun vaxtını dəyişiblər:

"Saxlamışıq, hələ qalıb. Bəzi proseslər gedir. Problem yoxdur, hər şey yaxşıdır. Sentyabrdan sonra olacaq toy. Əsas özləri xoşbəxt olsun. Səhər gedib, axşam qayıdıram. Evləri ayrı olacaq, nəyimə lazımdır... Gəlinin işinə qarışmayacam".