ABŞ ordusunda biabırçı qalmaqal:


Dünya 05 May 2019 12:50:00 264 0

ABŞ ordusunda biabırçı qalmaqal:

ABŞ-ın Müdafiə Nazirliyi orduda cinsi təcavüzə uğrayan qadınların sayının iki il öncə ilə müqayisədə 38 faiz artdığını açıqlayıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, nazirliyin bu açıqlaması böyük qalmaqala səbəb olub.

Pentaqonun yayımladığı rəsmi sənədlərə görə, 2018-ci ildə orduda 20 min 500 nəfər təcavüzə uğrayıb. Bunlardan sadəcə, 6 min 53 nəfəri rəsmi olaraq şikayət edib.

Hər iki ildən bir hazırlanan statistikadakı bu artım ABŞ-ın Müdafiə Nazirliyinin ciddi şəkildə hərəkətə keçməsinə səbəb olub. 2016-cı ildə ABŞ ordusunda təcavüzə məruz qalanların sayı 14 min 900 nəfər idi.

Pentaqonun 2004-cü ildən bu yana tətbiq olunan proqram üzrə ordudakı təcavüz hallarının azaldılması planlaşdırılıb. Lakin son illərdə təcavüz olaylarının sayının artması ABŞ hökumətinin ciddi narahatlığına səbəb olub.


Xəbərə aid fotolar