Sabah Ramazan ayı başlayır


Digərləri 05 May 2019 11:44:00 161 0

Sabah Ramazan ayı başlayır

Sabah Azərbaycanda Ramazan ayı başlayır.

Son.az xəbər verir ki, Ramazan ayının 1-i Miladi tarixlə mayın 6-na təsadüf edir.

Ay göründüyü andan etibarən Ramazani-şərif başlayır və niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. Qadir Allah "Bəqərə" surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurub: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!

Qafqaz Müsəlmanları İdarəsi bu il də Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Qazılar Şurası və Elmi-Dini Şura bəyan edib ki, Azırbaycan dindarları başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər. Din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar.