Müfti Özbək məhv edildi


Dünya 05 May 2019 09:55:00 203 0

Müfti Özbək məhv edildi

Əfqanıstan xüsusi qüvvələri ölkənin şimalında və Mərkəzi Asiyada terrorçuların fəaliyyətinə rəhbərlik edən İŞİD silahli qruplaşmasının başçısını məhv ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat aprelin 3-ü gecə baş tutub. Dəqiqləşdirilir ki, silahlıların lideri olan Müfti Özbək terrorçuların Əfqanıstanın şimal hissələrində fəaliyyətlərinə görə cavabdeh olub, terror aktlarının təşkilində və planlaşdırılmasında iştirak edib. Həmçinin o, Mərkəzi Asiyada terror əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul idi.

Xüsusi qüvvələr Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətində də ən azı üç silahlını məhv ediblər.