Şimali Makedoniyada prezident seçkiləri başlayıb


Digərləri 05 May 2019 09:40:04 201 0

Şimali Makedoniyada prezident seçkiləri başlayıb

Şimali Makedoniya Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb

Bakı. Şimali Makedoniya Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb. Trend-in məlumatına görə, yerli vaxtla saat 07:00-da ölkə ərazisində 3480 seçki məntəqəsi işə başlayıb. Bu gün Şimali Makedoniyada səsvermə hüququndan 1,8 milyon insan istifadə edə bilər. Onlar ikinci tura keçmiş Stevo Pendarovski və Qordana Silyanovska-Davkova arasında seçim edəcəklər.