Lukaşenkodan Avropanı təəccübləndirən qərar


Dünya 05 May 2019 09:38:00 210 0

Lukaşenkodan Avropanı təəccübləndirən qərar

Belarus prezidenti Aleksandr Lukaşenko "Şərq tərəfdaşlığı"nın yubiley tədbirinə qatılmayacaq.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Sputnik agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, əvəzində Brüsellə Belarus xarici işlər naziri Vladimir Makey yollanacaq.

Qeyd olunur ki, Lukaşenko "Şərq tərəfdaşlığı"nın 10 illik yubiley tədbirinə dəvət alsa da, sonda Brüsselə getməmək qərarına gəlib.

Bununla belə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib ki, yaxın zamanlarda "Şərq tərəfdaşlığı"nın əsas məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün şərait yaradılsa, Lukaşenkonun Brüsselə səfəri gerçəkləşə bilər.