Meksikada federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürüldü


Dünya 05 May 2019 09:05:00 185 0

Meksikada federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürüldü

Meksikada hücumlar nəticəsində ölkənin federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşmalar Meksikanın Verakrus və Puebla ştatlarında baş verib. Verakrus ştatında baş vermiş hadisə nəticəsində federal qüvvələrin üç əməkdaşı həlak oldu.

Puebla ştatında isə dəniz piyadalarına qarşı hücüm həyata keçirilib. Nəticədə dəniz piyadaçılarından biri öldürülüb, üçü isə yaralanıb.

Hücüm edənlər sayca hərbçilərdən xeyli üstün olub və odlu silahdan istifadə ediblər.