Almaniyada kağız formatda neçə qəzet dərc edilir?


Dünya 05 May 2019 07:22:00 298 0

Almaniyada kağız formatda neçə qəzet dərc edilir?

Almaniya Çin, Hindistan, Yaponiya və ABŞ-dan sonra dünyada beşinci ən böyük qəzet bazarıdır. Qəzet Naşirlərinin Federal Birliyinin məlumatına görə, çap və rəqəmsal qəzet nəşrlərini hər gün almandilli əhalinin dörddə üçü oxuyur. 323 gündəlik qəzet, 23 həftəlik və 6 bazar günü qəzeti alman ictimaiyyətini həm dünyada baş verən hadisələr, həm də lokal xəbərlər barədə məlumatlandırır. Bu qəzetlərin ümumi tirajı təqribən 18,3 milyon nüsxə təşkil edir. 1626 populyar jurnal və təxminən 5600 xüsusi nəşrlərin artan siyahısını da xatırlatmaq yerinə düşər. Almaniya vətəndaşlarının 90 faizinin fikrincə, keyfiyyətli jurnalistika bu ölkədə demokratik cəmiyyətin mühüm dayağıdır.

Son.az bildirir ki, bu statistik məlumatlar AZƏRTAC-a Almaniya Qəzet Naşirlərinin Federal Birliyinin mətbuat xidməti tərəfindən təqdim edilib.