Malidə etnik zəmində toqquşmalar: 18 ölü


Dünya 04 May 2019 22:54:00 218 0

Malidə etnik zəmində toqquşmalar: 18 ölü

BMT-nin Malidə sülhməramlı qüvvələrinin (MIUSMA) qərargahından verilən məlumata görə, bu ölkədə etnik zəmində baş vermiş silahlı toqquşmalar nəticəsində ən azı 18 nəfər ölüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, silahlı toqquşmalar davam edir, ölü və yaralı sayının daha da artacağı ehtimal olunur. MINUSMA silahlı hücuma keçənlərin ölkənin Mopti bölgəsindəki Doqon etnik icmasının üzvləri olduğunu bildirib. Qeyd olunub ki, onların uzun illərdir Fulani qəbiləsi ilə apardıqları münaqişə nəticəsində təkcə 2018-ci ildə yüzlərlə insan həlak olub. Bu qəbilələr arasında mübahisə obyekti olan Sahara səhrası ilə Afrikanın şimal savannası arasındakı Sahel bölgəsi yeni döyüşlərə səbəb ola bilər.

MINUSMA-nın komandanı Mohamad Saleh Annadif bildirib ki, BMT hər iki icmanın rəhbərlərinə münaqişəni dinc yollarla həll etməyi təklif edib. Mali hakimiyyəti isə islamçı qüvvələrlə digərləri arasında münasibətlərin qızışdırılmasına görə sərt tənqidə məruz qalıb. Vəziyyətin gərginləşməsi ucbatından aprel ayında Mali hökuməti istefaya getməyə məcbur olub.