Antalyadan Tbilisiyə gələn sərnişin avtobus yanıb


Dünya 04 May 2019 22:49:00 194 0

Antalyadan Tbilisiyə gələn sərnişin avtobus yanıb

Türkiyənin Antalya şəhərindən Tbilisiyə gələn sərnişin avtobusu Gürcüstanın Rikoti avtomagistralının dağlıq ərazisində yanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avtobus yanaraq yararsız hala düşüb.

Hadisə nəticəsində Rikoti tuneli və Tbilisi-Senaki-Leselidze avtomobil magistralı tam bağlanıb.

Avtobusda olan sərnişinlər vaxtında təxliyə olunublar və heç kim xəsarət almayıb.

Yanğın söndürülüb, magistral yolun açılması istiqamətində işlər davam etdirilir.