Ağstafada qanlı insident


Digərləri 04 May 2019 22:24:00 223 0

Ağstafada qanlı insident

Ağstafa rayonunun Aşağı Göycəli kəndində bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abbasov Həsən Vaqif oğlu döş qəfəsindən, 1995-ci il təvəllüdlü Ağstafa rayon Aşağı Göycəli kənd sakini Quliyev Ülvi Qədim oğlu isə qarın nahiyəsindən bıçaq zərbəsi alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.