Yeni yaradılan robot müstəqil ürək əməliyyatı edə bilir


Digərləri 04 May 2019 22:10:00 248 0

Yeni yaradılan robot müstəqil ürək əməliyyatı edə bilir

ABŞ-da, Boston Uşaq Klinikasının əməkdaşları bədəndə müstəqil olaraq cərrahiyyə əməliyyatı apara bilən, tibbi və texniki səhvləri etmə ehtimalını azaldan sistem hazırlayıblar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlər artıq bu naviqasiya-katater sistemini donuzlar üzərində müvəffəqiyyətlə sınaqdan keçiriblər. Həmin sistem robot-cərrahın müstəqil ürək əməliyyatı həyata keçirməsinə imkan verib.

Bildirilir ki, bu sistem sayəsində gələcəkdə insan müdaxiləsi olmadan çoxsaylı əməliyyatları dəqiqliklə həyata keçirmək mümkün olacaq.

Qeyd olunub ki, indiyə qədər robotik cərrahiyyədən geniş istifadə olunsa da, burada yüksək dəqiqlik qeydə alınmayıb. Təkcə ölkədə robotlarla edilən əməliyyatlar zamanı 144 ölüm faktı qeydə alınıb. Yeni robot-cərrah isə yüksək dəqiqliyi, hər şeyin davamlı olaraq izlənməsi ilə fərqlənir.