Bu qidalar böyrək daşı yaradır –


Digərləri 04 May 2019 21:32:00 235 0

Bu qidalar böyrək daşı yaradır –

Gündəlik qəbul olunan qidalar orqanizmdə fərqli təsirlər göstərir. Son elmi araşdırmalara görə, bəzi qidalar böyrəklərdə daş əmələ gətirir. Son.az medicina.az-a istinadən bu qidaların siyahısını təqdim edir:

Böyrək daşı-böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrək daşı xəstəliyi - maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulmasından baş verir.

Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Qidalar orqanizmə həddindən çox daxil olduqda, ya da bədəndə yaranan maddələrin qandakı səviyyəsi çoxaldıqda böyrəklərin süzmə qabiliyyəti zəifləyir. Qida vasitəsilə orqanizmimizə daxil olan kimyəvi maddələr çoxaldıqca böyrəkdə duz kristallaşması olur. Kalsium, oksalat və sidik turşusu kristallaşır və nəticdə daşlar yaranır.   Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır:

- böyrək sancısı,  hematuriya, piuriya, kiçik daşların öz-özünə düşməsi. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar baş verir ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir.

Böyrəklərdə olan iri daşlar (mərcanvari daşlar) adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi  daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur. Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir.

Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğru yayılır.     Böyrəkdə daşa səbəb olan qidalar:   - Qırmızı ət, qızardılmış mal əti - Qəhvə, kapuçino - Qazlı, şirəli içkilər - Duz. şoraba - Süd məhsulları - Sümük suyu - Balıq və dəniz məhsulları

Qidalanmaya diqqət edərək, daş yaranmasının qarşısını almaq olarmı?