Tramp: Şimali Koreya ilə sazişin imzalanması mümkündür


Dünya 04 May 2019 20:53:00 186 0

Tramp: Şimali Koreya ilə sazişin imzalanması mümkündür

ABŞ prezidenti Donald Tramp KXDR ilə denuklearizasiya haqqında sazişin imzalanmasının mümkün olduğunu və bunun ölkəyə böyük iqtisadi fayda gətirəcəyini bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, D.Tramp qeyd edib: "Mən inanıram ki, (KXDR lideri) Kim Çen In Şimali Koreyanın böyük iqtisadi potensialını tam dərk edir və bunun qarşısını almaq üçün bir şey etməyəcək".

Onun sözlərinə görə, həmin razılaşma əldə olunmalıdır.

Qeyd edək ki, Cənubi Koreya Baş Qərargahlarının Birgə Komitəsi Şimali Koreyanın yaxın məsafəli raket buraxmaq niyyəti barədə məlumat verib. Daha sonra Komitə "raket" sözünü istifadə etmədən bir neçə buraxılışların həyat keçiriliməsini bildirib.