Uşaqlarda ürəkdamar sistemi xəstəliklərinin profilaktikası


Digərləri 04 May 2019 20:45:00 188 0

Uşaqlarda ürəkdamar sistemi xəstəliklərinin profilaktikası

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikasını uşağın həyatının ilk günlərindən başlamaq lazımdır.

Təbii ana südü ilə qidalanma böyük əhəmiyyətə malikdir.

Həkimlərin rəyinə görə uşaqların təbii qidalanması, heç olmasa, onların 1 yaşına qədər davam etdirilməlidir.

Bundan başqa, uşaqların yeməyinə əlavə qidaları vaxtında və savadlı şəkildə daxil etmək də çox vacibdir. Bir qədər böyük uşaqların rasionu meyvə-tərəvəz, yağsiz süd məhsulları, balıqla zəngin olmalıdır.

Uşaqlarda ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün kifayət qədər təmiz havada gəzmələri və fiziki hərəkətlərlə məşğul olmaları da vacib hesab olunur.

Həkimlər uşağa gündə 2 saatdan artıq televizora baxmalarına icazə verməyi məsləhət görmürlər. Passiv şəkildə (həmçinin sağlamlıq üçün zərərli olan) televizorun qarşısında oturmağı təmiz havada aktiv oyunlarla, bədən tərbiyəsi və yüngül idman növləri ilə əvəz etmək lazımdır. Üzgüçülüklə məşğul olmaq bu halda daha çox xeyirlidir. Üzgüçülük bədəni möhkəmləndirir, ürək-damar və tənəffüs sistemlərinin düzgün inkişafına kömək edir.

Təmiz havada gəzintilər avtomobil yollarından uzaq olan ərazilərdə olmalıdırlar.