Yeniyetmə beyni: Valideynlərin bilməli olduğu


Digərləri 04 May 2019 19:49:00 210 0

Yeniyetmə beyni: Valideynlərin bilməli olduğu

Dəyişən əhval, səhərlər yataqdan qalxmaq çətinliyi, valideynlərin yanında utanmaq.

Hamımız bu ümumi yeniyetmə problemlərinə bələdik. Bəs niyə yeniyetmələr bu cür davranırlar?

Sarah-Jayne Blakemore London Universitet Kollecində idraki nevrologiya üzrə müəllimə və Özümüzü Kəşf: Yeniyetmə Beyninin Gizli Həyatı (Inventing Ourselves: The Secret Life of the Teenage Brain) adlı kitabın müəllifidir.

Qadın Saatı (Woman's Hour) valideynlik podkastının bir hissəsi kimi o, yeniyetmə beyni haqqında valideynlərin bilməli olduğu yeddi şeyi izah edir.

Sarah-Jayne Blakemore yeniyetmə beyni haqqında valideynlərin bilməli olduğu şeyləri izah edir.

1. Yeniyetmə beyni böyük bir intiqal keçirir

"Uzun-uzun onilliklər inanılan düşüncələrin əksinə, yeniyetmə beyni həqiqətən də böyük inkişaf dövründən keçir. Həm strukturu, həm də uşaqlıqdakı funksiyası dəyişir və yalnız 20-li yaşların ortalarında stabilləşir.

"Yeniyetmə uşaqları olan və yeniyetmələr ilə işləyən insanlar onların çox əhəmiyyətli keçid dövründən keçdiyini bilməlidir.

"Onlar çox dəyişirlər və unutmayaq ki, bu dəyişiklər adaptiv və təkamül səbəblərdən baş verir.

"Onlar tam azad yetkinə çevrilmək üçün bu intiqal dövründən keçməlidirlər."

2. Yeniyetmənin davranışı adətən dostlardan təsir alır

"Yeniyetmə yaşlarında dostlar məlumat və təsirin mühüm mənbəyidir.

"Əgər yeniyetmələrin siqaret çəkmək və ya içki içmək, yaxud narkotik vasitələr sınamaq risklərindən narahatsınızsa, unutmayın ki, yeniyetmələr bunları təklikdə heç vaxt etmirlər. Ancaq dostları ilə birlikdə sınayırlar.

"Yeniyetmə illərində sosial təsir ən yüksək səviyyədə olur."

3. Yeniyetmə övladınızın səhər çətinliklə oyanmasının bioloji səbəbi var

"İstənilən valideyn yeniyetməlik əsnasında övladının yuxusunun dəyişdiyini deyir.

"Azyaşlı uşaqlar səhər tez ayılırlar və axşam tez yatırlar.

"Lakin yeniyetmə yaşlarda bu vəziyyət dəyişir və yeniyetmələr üçün səhər yuxudan ayılmaq və axşam yatmaq çətinləşir.

"Burada çox güman ki, çoxlu səbəblər mövcuddur: yeniyetmələrin həyatları daha gərgin olur, gecə dərsləri ilə məşğul olurlar, məktəbdən sonra başqa fəaliyyətlər edirlər, dostları ilə söhbətləşirlər, bəlkə də telefonda oynayırlar.

"Lakin bütün bunlardan əlavə, bioloji sirkadian ritmin dəyişdiyini də bilirik.

"İnsanlara gecə yuxusu verən melatonin hormonu yeniyetmələrin beyinlərində uşaqlar və yetkin yaşlı insanların beyinlərindəkindən iki saat daha gec istehsal olunur.

"Bu da yeniyetmələrin tez yatmasını çətinləşdirir.