“Mən canavar kimiyəm, qidalanmaq üçün zəifləri və xəstələri öldürürəm”


Digərləri 04 May 2019 19:35:00 280 0

“Mən canavar kimiyəm, qidalanmaq üçün zəifləri və xəstələri öldürürəm”

:– Araşdırma

İqor Kolomoyski - Ukraynanın yeni prezidentinin seçilməsinin arxasında duran oliqarx və milyarderlə tanış olun. Şərqi Avropa ölkəsində prezident seçkilərinin son turu bazar günü keçirilib. Ona ikinci müddətə seçilməyə ümidvar olan indiki prezident Pyotr Poroşenko və öz siyasi baxışlarını heç zaman açıq ifadə etməyən və 73% səs toplayan Vladimir Zelenski qatılıblar.

Son.az strateq.az-a istinadən bildirir ki, Zelenski Yeni İl gecəsində populyar "1+1" telekanalında prezident qovğasına qatıldığını bildirən uğurlu aktyor və komikdir. Ona ekran vaxtı ayıran kanalın yiyəsi Kolomoyskidir.

İsrailin Ukrayna və Rusiyadakı keçmiş səfiri, Milli Araşdırmalar İnstitutunun işçisi Svi Magen izah edir: "Kolomoyski oliqarxdır. Hakimiyyətə malik olan və azdan-çoxdan qanuni yolla sərvət toplayan kəslər oliqarx sayılır. Bu, Sovet İttifaqının dağılma dövrü üçün səciyyəvidir. Kolomoyskinin telekanalı var, buna görə də hesab olunur ki, Ukraynada hakimiyyət və nüfuza sahibdir və onun fəaliyyətinin bir bölümü rejimdən qorunmağa yönəlib".

Kolomoyski bank qurub, amma prezident onu milliləşdirib

Üç vətəndaşlığı - İsrail, Ukrayna və Kipr - olan Kolomoyski öz biznes imperiyasını qurarkən projektorların işığından uzaq durub.

Kolomoyskinin biznesi 90-cı illərdə qol-qanad atıb və televiziya, metallurgiya, neft sənayesi və bank işi kimi sahələri birləşdirib. O, Ukraynada ən korrupsiyalaşmış şəxslərdən biri kimi nüfuzunu möhkəmləndirən bir neçə hakimiyyəti zorla ələ keçirmək halları sayəsində 1,2 milyard dollar dəyərində var toplayıb. Kolomoyski "Faynenşl Tayms"-a müsahibədə bu təsviri xoşagələn adlandırıb. O deyib: "Mən canavar kimiyəm. Zəifləri və xəstələri öldürərək qidaəldə edirəm". Rusiya 2014-cü ildə Krımı ələ keçirib Ukraynanın şərqində iğtişaşlar törətdikdən sonra Kolomoyskini ona doğma Dnepropetrovsk vilayətinə qubernator təyin ediblər. Onun sözlərinə görə, bu vəzifəni tutmağa onu məhz vətənsevərlik itələyib. O, qubernator postunda Rusiya ilə mübarizə üçün könüllülərin döyüş dəstələrini yaradıb, çünki Ukrayna ordusu ölkəni müdafiə edə bilmirdi. Lakin Poroşenko təyinatdan hansısa bir vaxt keçəndən sonra məqamdan öz biznes maraqları üçün yararlandığı və könüllülər batalyonunu şəxsi orduya çevirdiyi  əsasda Kolomoyskini işdən çıxardıb.

Televiziya aktyoruna dəstək

Kolomoyskinin də adı seçkiqabağı kampaniya zamanı Zelenskinin adı qədər tez-tez hallanıb. Artıq çoxları biznesmeni əsil qalib adlandırıb. Zelenski və Kolomoyskinin yeni prezidentin iştirakı ilə teleserial çərçivəsindən qıraqda hər hansı əlaqəni inkar etdikləri halda.