Toyuq suyu şorbası İftar menyusuna


Digərləri 04 May 2019 19:22:00 204 0

Toyuq suyu şorbası  İftar menyusuna

Ramazan süfrələrini şorbasız təsəvvür etmək olmaz.

Son.az medicina.az-a istinadən ağzınıza yeni dadlar qatmaq üçün şorba reseptini təqdim edir.

Bir toyuğun döş əti və budunu yuyub qazana qoyun. Bir orta soğan, bir çay qaşığı duz əlavə edib, 6 stəkan su töküb, yarım saat qaynadın. Daha sonra əti sudan çıxardıb soyumasını gözləyin. Bir müddət keçəndən sonra ətləri didin.

Ayrıca qazanda bir xörək qaşığı kərə yağını əridin. 1 yemək qaşığı unu rəngi dəyişənə kimi yağda qovurun. Sonra toyuq ətini bişirdiyiniz suyu qarışdıra-qarışdıra əlavə edin. Qazanın qapağını bağlayıb, qaynamağa qoyun. Yaxşıca qaynadıqdan sonra bir stəkan xırda vermişel, diddiyiniz toyuq əti və  yarım çay qaşığı qara istiotu da əlavə edin.