Dəmir əskikliyinin səbəbləri, müalicəsi –


Digərləri 04 May 2019 19:17:00 225 0

Dəmir əskikliyinin səbəbləri, müalicəsi –

Bədənimizdə vitaminlər yetəri qədər olmadıqda fiziki gücsüzlük və daha böyük fəsadlar ortaya çıxır. Orqanizmdə xüsusilə dəmir kifayət qədər olmayanda müəyyən problemlər yaranır. Bəs dəmir əskikliyinin qarşısını almaq üçün nə etməliyik? Dəmiz çatışmazlığının əlamətləri nələrdir? Bu problemi aradan qaldırmaq üçün nə etməliyik?

Son.az medicina.az-a istinadən sözügedən problemlə bağlı bütün suallarınıza cavablandırmağa kömək edəcək.

Dəmir çatışmazlığının səbəbləri:

Dəmir əskikliyinə adətən dietada olmaq və yaxud digər nüanslarara görə az qida qəbul etmək, hamiləlik, bağırsaq xəstəlikləri, həddindən çox qan itirmək səbəb olur. Dəmir çatışmazlığı insanda yorğunluq hissinin çoxalmasına, insanların gündəlik həyat səviyyələrinin aşağı düşməsinə gətirib çıxarır.

Dəmir çatışmazlığını necə bilmək olar? Dəri solğunluğu, orqanizmdə gücsüzlük, yorğunluq, diqqət toplaya bilməmək, baş ağrısı, əl və ayaqlarda keyləşmə, əsəbilik, dodaqlarda çatlar və ağızətrafı yaralar, dırnaqların tez qırılması, saçlarda tökülmə, çox üşümə, ayaqlarda qıcolma kimi vəziyyətlər dəmiz azlığından xəbər verir.

Dəmir azlığının müsbət təsir edən qidalar.

Yağsız ət yeyin: Dəmir çatışmazlığı simptomlarını özünüzdə tapdınızsa, menyunuza yağsız ət əlavə edin.

Səbzələri buxarda bişirin: buğlanma prosedurunda qidaların tərkibində olan dəmir elementi çoxalır. Sadəcə, tərəvəzlərin çox bişməməsinə diqqət edin. Çünki tərkibində olan bütün faydalı maddələr öz keyfiyyətini itirə bilər.