Əməkhaqqı kartından pul oğurlayanlar tutuldu


Kriminal 04 May 2019 18:42:00 195 0

Əməkhaqqı kartından pul oğurlayanlar tutuldu

Bərdədə vətəndaşa məxsus əməkhaqqı kartından pul oğurlayan şəxslər saxlanılıb. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Rayon sakini Rövşən Süleymanov Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əməkhaqqı kartından pulunun oğurlanması barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Vüsal Məmmədov və Əli Əlisoy saxlanılıb.