ƏMƏLİYYAT keçirildi 11 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı


Kriminal 04 May 2019 18:12:00 243 0

ƏMƏLİYYAT keçirildi  11 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunmuş Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülmüşdür .

Əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülmüşdür.

Araşdırmalarla A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılmışdır. Evinə baxış zamanı oradan 2 kiloqram 11,671 qram marixuana götürülmüşdür.

Daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılmış, ondan 450 qram marixuana götürülmüşdür.