Bu ölkədə 10 milyon şəxs aclıqdan əziyyət çəkir


Dünya 04 May 2019 18:18:00 204 0

Bu ölkədə 10 milyon şəxs aclıqdan əziyyət çəkir

Şimali Koreyada qida ehtiyatlarının azalması ilə əlaqədar olaraq 10 milyon şəxs, yəni, ölkə əhalisinin 43 faizi aclıqdan əziyyət çəkir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, BMT bu haqda hesabat yayıb.

Hesabatda qeyd olunub ki, çeşidlərin azalması ailələri daha az qida ilə qidalanmağa, az yeməyə məcbur edir: "Xüsusən də hamilə qadınlar və süd verən analar üçün bu böyük bir bəlaya çevrilib".