Qasırğa bu ölkəni darmadağın edir


Dünya 04 May 2019 17:18:00 465 0

Qasırğa bu ölkəni darmadağın edir

Hindistan hökuməti Benqal körfəzindən yaxınlaşan güclü "Fani" siklonuna görə, 1 milyondan çox insanı təxliyə edib.

Son.az RT-yə istinadən xəbər verir ki, küləyin sürəti saatda 200 kilometrə çata bilər.

Siklon ilk zərbəni Hindistanın Orissa ştatına endirib. Daha sonra Banqladeşi də cənginə alan qasırğa azı 6 nəfərin ölümünə səbəb olub.

Həyatını itirənlərdən biri 7 yaşlı uşaqdır.