DİQQƏT! Sabah Bakının bu yolu da bağlanır


Digərləri 04 May 2019 16:57:00 447 0

DİQQƏT! Sabah Bakının bu yolu da bağlanır

Sabahdan Xocahəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun "Meyvəli" ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.