Çin süni teleaparıcılar hazırlayır


Digərləri 04 May 2019 16:48:00 471 0

Çin süni teleaparıcılar hazırlayır

Çinin "Sogou" internet-axtarış sistemi virtual xəbər aparıcısının işlənib hazırlanması nəticəsində çox populyarlaşıb.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, ilk belə hazırlama ötən ilin noyabrında "Sinxua" agentliyinin telekanalında nümayiş etdirilib. Martda süni intellekt kollektivinə Sin Syaomen adlı virtual xanım da qoşulub. İndi "Sogou" süni intellekt texnologiyasına əsaslanan televiziya aparıcılarını başqa ölkələrə ixrac etmək niyyətindədir.

İlk müştəri Birləşmiş Ərəb Əmirlikləri olub. "South China Morning Post" nəşri yazır ki, Çinin internet-nəhəngi dünyada ilk ərəbdilli virtual xəbər aparıcısının işlənib hazırlanması üçün BƏƏ-nin dövlət televiziyası ilə müqavilə bağlayıb.

Çin 2030-cu ilədək süni intellekt sahəsində liderliyə nail olmağa çalışır və virtual televiziya aparıcısının işlənib hazırlanması texnoloji inkişafın yalnız bir nümunəsidir.