"Ebola" bir ölkəni məhv edir:


Dünya 04 May 2019 15:54:00 210 0

"Ebola" bir ölkəni məhv edir:

Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından etibarən "Ebola" virusundan ölənlərin sayı 1000 nəfəri ötüb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Cümə günü, 3 may 2019-cu ilə olan vəziyyət: cəmi 1529 yoluxma halı, 1463 təsdiqini tapmış və 66 ehtimal edilən, 1008 ölü və 422 sağalan var", deyə nazirliyin açıqlamasında bildirilir.