Azərbaycanda ən bahalı kreditlər hansı rayonda verilir?


Digərləri 04 May 2019 15:37:56 196 0

Azərbaycanda ən bahalı kreditlər hansı rayonda verilir?

Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir.

Bakı. Ayşəm Rüstəmova - Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir. Trend Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib. Bu göstəriciyə görə ikinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu - 23,4%, üçüncü yerdə isə Aran iqtisadi rayonu - 23% qərarlaşıb. Azərbaycanın iqtisadi rayonlarında kreditlər üzrə orta faiz dərəcələri:. Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib. Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda aprelin 1-nə kredit qoyuluşu 13,06 milyard manat olub.