Gəncə qapısı haqda şok iddia:


Digərləri 04 May 2019 15:24:00 277 0

Gəncə qapısı haqda şok iddia:

Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılan qapının qədim Gəncə şəhərinin giriş qapısı olmasına heç bir şübhə yoxdur.

Son.az bildirir ki, bu sözləri Axar.az-a AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözügedən qapının, əslində, Gəncənin giriş qapısı olmaması iddiasına cavab olaraq deyib.

O xatırladıb ki, Gəncə qapısı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb:

"1138-1139-cu illərdə güclü zəlzələ şəhəri dağıdıb və bundan istifadə edən Gürcü çarı Demetre hücum edib şəhəri talayıb, qənimətlər arasında Gəncə qapısını da aparıb.

Qapının bir tayının olmamasına səbəb isə gürcü monarxlarının əmri ilə həmin tayın parçalanıb monastırın tavanında mismar kimi istifadə edilməsi olub".

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Gəncənin əsas giriş qapısı haqqında aşağıdakı iddia ilə çıxış edib: