Samirə: "Başımı salıb uşağımı böyüdürəm"


Şou-biznes 04 May 2019 14:34:00 209 0

Samirə: "Başımı salıb uşağımı böyüdürəm"

"Uzun zamandan sonra qərara gəldim ki, cavabsız buraxmayım. Çünki susduqca, siz susmursuz. Amma öncə yerləşdirdiyim şəkli çevirərək oxuyun. Əvvəla mən artıq 4 ildir ki, nə aparıcıyam, nə aktrisa, nə mügənni, nə də məşhur biri. Sadə vətəndaşam".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri bir vaxtlar aparıcı kimi çalışan, hazırda tanınmış vizajist olan Samirə Mustafayeva sosial şəbəkədə yazıb. Samirə bir neçə gün əvvəl yayılan görüntüsündən və sosial şəbəkələrdə ünvanına yazılan tənqidlərə münasibət bildirib:

"Görəsən, kimə nə fayda verdi Samirənin görkəmindəki dəyişiklik? Hər gün körpə qiz və oglanların cinsi zorakılığa məruz qalması, gənc qizların intiharı, narkomaniya, cinsiyyətini qadına dəyişən kişilərdən vacibdirmi Samirənin görkəminin dəyişməsi? Yəni bu qədərmi qlobal məsələ idi bu? Bekar qalmısız? Yoxsa nədir dərdiniz? 15 il gecə-gündüz, bayram, yas bilmədən əziyyət çəkib çalışdım, bu gün bu sahədə çalışan bəzi gənc jurnalistlərə dəstək oldum, ən ali mükafatımı - Cənab Prezidentin tərəqqi medalı ilə təltif olundum. Gülünc məlumatla 15 illik əziyyətimi ləkələməkdən başqa nəyə nail olursuz? Nə verdi axı bu sizə? 

Bu gün övladımı böyütmək, özüm öz ayağımda dayanmaq üçün 4 ölkədə əziyyət çəkib öyrəndiyim peşəyə aid suallarla müraciət edin. Bir xəbər aparıcısının, sonda bir qadının zəhmətlə başqa bir sahədə yeni nailiyyətlərə necə yiyələndiyini işıqlandırın. Çətindirmi yaxşılıq etmək?

O ki, qaldı görkəmə... Görkəmimi yuxarıda qeyd etdiyim kimi, sizə görk etmədiyimə görə bu barədə çox yazmaq istəməzdim. Nə kosmetoloqların hamısını mən istifadə etmişəm, nə də estetik cərrahların yanına yazılma növbəsini tək mən doldurmuşam. Nə etmişəm, özümə etmişəm və güzgüyə baxdığımda halımdan da məmnunam. İllər keçməsinə baxmayaraq, pis, yaxşı məni xatırladığınız üçün təşəkkur.