Bakıda Cümə məscidinin qarşısında adam bıçaqlandı


Kriminal 04 May 2019 14:39:00 187 0

Bakıda Cümə məscidinin qarşısında adam bıçaqlandı

Bakıda psixi xəstə məscidin qarşısında adam bıçaqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 2-si saat 21 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Emil Həsənov Cümə məscidinin qarşısında 1984-cü il təvəllüdlü Cavad Musayevi qarnından bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, E.Həsənov isə saxlanılıb.

Müəyyən olunub ki, hadisəni törədən E.Həsənov 2 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.