Düşmən işğal altında olan Ağdamda təlimlər keçirib


Digərləri 04 May 2019 14:19:00 249 0

Düşmən işğal altında olan Ağdamda təlimlər keçirib

Dünən işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində Ermənistan ordusunun Qarabağda dislokasiya olunan hərbi birləşməsinin tank briqadası döyüş atışlı taktiki təlim keçirib. 

Son.az Ordu.az-a istinadən xəbər verir ki, təlimin gedişatını Qarabağdakı erməni ordusunun hərbi birləşmə komandirinin 1-ci müavini polkovnik Samvel Poğosyan izləyib. 

Təlimin senarisinə görə, geri çəkilən bölmələr tank birliklərinin dəstəyi ilə əks hücuma keçərək itirilmiş mövqeləri bərpa edib. 

Qeyd: Təlimə cəlb edilən tank briqadasının Xocalı yaşayış məntəqəsindəki hava limanına yaxın ərazidə dislokasiya olunan 49-cu tank briqadası, 46677 nömrəli hərbi hissə olduğu ehtimal olunur. Hərbi hissə komandiri polkovnik Tatul Hayrapetyandır. 


Xəbərə aid fotolar