Sabah bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək


Digərləri 04 May 2019 14:04:00 202 0

Sabah bəzi marşrut xətlərinin hərəkət istiqaməti dəyişdiriləcək

Sabah “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı. Sabah “Bakı Marafonu-2019”un keçirilməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədər, 1, 2, 4, 13, 21, 30, 32, 36, 38, 46, 49, 60, 62, 175, 184, H1 (Hava Limanı – “28 May” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.