Rayonlarda leysan olacaq, dolu düşəcək


Digərləri 04 May 2019 13:29:00 213 0

Rayonlarda leysan olacaq, dolu düşəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək.