Çingiz Finlandiyada 3cü oldu


Digərləri 04 May 2019 12:34:00 242 0

Çingiz Finlandiyada 3cü oldu

Finlandiyanın ictimai kanalı "YLE"də yayımlanan "De Eurovisia" proqramında Azərbaycanın "Eurovision" təmsilçisi Çingiz Mustafayev üçüncü olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnfe Azerbaijan" məlumat yayıb. Eva Frantz və Johan Lindroosun aparıcılıq etdiyi proqramın bu həftəki qonağı Helsinki Universitetinin tədqiqatçısı Maimouna Jagne-Soreau olub.

Proqram zamanı Azərbaycan, Şimali Makedoniya, Xorvatiya, Malta, Litva, Norveç və Hollandiya təmsilçilərinin "Eurovision" mahnıları müzakirə edilib.

Azərbaycan təmsilçisi Çingiz Mustafazadənin "Truth" mahnısı, 19 xal (5, 6, 8) toplayaraq həftənin üçüncüsü olub.