Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər (FOTO)


Digərləri 04 May 2019 12:29:00 200 0

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər (FOTO)

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

Bakı. Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılıb. Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval- ruhiyyə yaradır. Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası Prokurorlugu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.