Gürcü politoloq: Cənubi Qafqazda sülh yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür


Digərləri 04 May 2019 12:01:00 149 0

Gürcü politoloq: Cənubi Qafqazda sülh yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür

Cənubi Qafqazda sülh yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür

Bakı. Ləman Zeynalova - Cənubi Qafqazda sülh yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür. Trend-in məlumatına görə, bunu Azernews-a müsahibəsində Gürcüstan politoloqu Quram Marxuliya deyib. O qeyd edib ki, Ermənistan düzgün qərar qəbul edib Azərbaycanın işğal olunmuş torpaqlarından çıxacaq və Cənubi Qafqazda sülh bərqərar olacaq. Ermənistanın müdafiə naziri David Tonoyanın döyüş əməliyyatlarının Azərbaycanın ərazisinə keçirilməsinin mümkünlüyü barədə açıqlamalarını şərh edən ekspert qeyd edib ki, Ermənistanın “hərbi” rəhbərlərinin manipulyativ açıqlamaları kinayəli gülüş doğurur və yalnız yerli əhalini sakitləşdirməyə yönəlib.